17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.
Arena.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer almış millimiz Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Vadul lui Voda şəhərində keçirilmiş görüş Kosovo seçməsinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, U-17 millimiz qrupdakı ilk matçında Fransa yığmasına 0:7 hesabıyla uduzmuşdu. Komandamız sonuncu matçını oktyabrın 30-da Moldova yığmasına qarşı keçirəcək.
Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 1-ci qrup
27 oktyabr
Kosovo – Azərbaycan 6:0
Baş hakim: Briet Braqadottir (İslandiya).
Baş hakimin köməkçiləri: Ticana Krstiç (Serbiya), Ana Bahcivanyi (Moldova).
Dördüncü hakim: Oleq Stoyanov (Moldova).
Vadul lui Voda. Millilərin Hazırlıq Mərkəzi. Saat 14:00.

