EN

Ozan Can Kökçü kubok matçında şans qazanmadı - ARENA.AZ

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun kubok oyununda iştirak şansı qazanmayıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland Kubokunun 2025/2026-cı illər mövsümünün 1/32 final mərhələsi çərçivəsində “Quick Boys” ilə qarşılaşıb.

“Volendam” səfərdə baş tutmuş bu oyundan qələbə ilə (2:1) ayrılıb və 1/16 finala vəsiqə qazanıb.

Çempionat oyunlarında daimi çıxış edən Ozan kubok görüşündə şans qazanmayıb. Məşqçilər heyəti bu görüşdə daha çox az forma şansı qazanan oyunçulara üstünlük verib. Bu üzdən də Kökçü də istirahət edib.

Xatırladaq ki, Özan Can Kökçü bu ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Ozan “Volendam”ın heyətində meydana çıxdığı 10 oyunda 1 qol vurub.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
43
27
arena.az

10Sources