EN

AFFA “Neftçi”ni 2500 manat cərimələdi - ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 10-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul olunub.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısı ilə sizi də tanış edir:

Azərbaycan Premyer Liqası, 10-cu tur

“Neftçi” – “Kəpəz” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 700 manat cərimə edilib. Bu oyunun 75-ci dəqiqəsində meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” komandası 2500 manat cərimə edilib.

“Turan Tovuz” – “Şamaxı” oyununda “Turan Tovuz”da 4 nəfər sarı vərəqə aldığı üçün Tovuz komandası 700 manat cərimə edilib.

“Sumqayıt” – “Araz-Naxçıvan” oyununda “Sumqayıt”da 4 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
22
23
arena.az

10Sources