EN

Premyer Liqa: Həm futbolçu, həm də baş məşqçi - ARENA.AZ

Bu həftə futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ilk Azərbaycan derbisi baş tutacaq.

Arena.az xəbər verir ki, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 11-ci turu çərçivəsində “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

“Zəfər turu” çərçivəsində noyabrın 9-da “Azərsun Arena”da keçiriləcək bu qarşılaşmaya saat 18:44-də start veriləcək.

Yalnız bir baş məşqçi hər iki klubun “sükanı arxası”nda, birinin isə futbolçusu kimi Azərbaycan derbisində iştirak edib. Qurban Qurbanov hər iki komandanın baş məşqçisi, “Neftçi”nin futbolçusu kimi derbiyə çıxıb.

Hər iki klubla futbolçu kimi derbidə iştirak edən üç mütəxəssis bir komandanın baş məşqçisi kimi də bu həyəcanı yaşayıb. Samir Abasov, Tərlan Əhmədov və Arif Əsədov hər iki komandanın futbolçusu, “Neftçi”nin baş məşqçisi kimi derbidə iştirak edib. Əhmədov hər iki komandada qol da vurub.

Dörd futbolçu sonradan baş məşqçi kimi də eyni klubun uğuru üçün derbiyə qatılıb. Əsgər Abdullayev, Samir Əliyev, Füzuli Məmmədov “Neftçi”nin, Elşad Əhmədov “Qarabağ”ın həm futbolçusu, həm baş məşqçisi kimi derbi həyəcanı yaşayıb.

Qurban Qurbanovla Samir Abasov derbilərdə bir dəfə meydana “Neftçi”dəki komanda yoldaşı kimi çıxıb – 13.03.2004. “Qarabağ” – “Neftçi” – 1:3.

2006/07 mövsümündəki iki matçda Qurban Qurbanov “Neftçi”nin baş məşqçisi, Samir Abasov “Qarabağ”ın futbolçusu olub – 18.09.2006. “Neftçi” – “Qarabağ” – 0:0, 27.04.2007. “Qarabağ” – “Neftçi” – 0:2.

2010/11 mövsümündə Qurban Qurbanov baş məşqçi, Samir Abasov futbolçu kimi “Qarabağ”da 2 derbiyə çıxıb – 08.08.2010. “Neftçi” – “Qarabağ” – 1:1, 03.04.2011. “Neftçi” – “Qarabağ” – 2:0.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
56
23
arena.az

10Sources