EN

Ueyn Runi Premyer Liqanın ən uğurlu transferini açıqladı

“Mançester Yunayted” və “Everton”un sabiq hücumçusu Ueyn Runi bu mövsüm İngiltərə Premyer Liqasındakı ən uğurlu transfer barədə fikirlərini bölüşüb.

90deqiqe.Az “Goal”a istinadən xəbər verir ki, əfsanəvi futbolçu “Sanderlend”in yarımmüdafiəçisi Qranit Cakanın keçidini mövsümün ən yaxşı transferi adlandırıb.

“Əvvəl şübhələr var idi – Caka Premyer Liqaya qayıtdıqdan sonra yüksək səviyyədə oynaya biləcəkmi? Üstəlik, o, elit diviziona yeni yüksələn komandaya keçmişdi. Amma indi əminliklə deyə bilərəm ki, o, mövsümün ən uğurlu transferidir. Qranit çox yaxşı çıxış edir”, – deyə Runi bildirib.

33 yaşlı yarımmüdafiəçi “Sanderlend”ə Leverkuzenin “Bayer” klubundan 15 milyon avroya transfer olunub. İsveçrəli oyunçu, “qara pişiklər”lə üçillik müqavilə imzalayıb.

 

Chosen
190
50
90deqiqe.az

10Sources