Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 12-ci turun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
12-ci turun görüşləri üç günü əhatə edəcək. Qarşılaşmalar noyabrın 29-da, 30-da və dekabrın 1-də keçiriləcək.
Qeyd edək ki, mövsümün geridə qalmış 10 turundan sonra 23 xal toplamış “Sabah-2” zirvədə qərarlaşıb. 19 xalı olan “Neftçi-2” ikinci, 18 xala malik “Qarabağ-2” isə üçüncüdür.
Əvəzedicilər Liqası
12-ci tur
29 noyabr
“Turan Tovuz-2” – “Qarabağ-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 13:00.
“Şamaxı-2” – “Zirə-2”
Şamaxı şəhər stadionu, 14:00.
30 noyabr
“Sabah-2” – “Neftçi-2”
“Bayıl Arena”, 14:00.
1 dekabr
“Araz-Naxçıvan-2” – “Kəpəz-2”
Binə qəsəbə stadionu, 14:00.
“Sumqayıt-2” – “Qəbələ-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

