EN

Zaur Hacı-Məhərrəmov “Ayntraxt” - “Atalanta” matçında - ARENA.AZ

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə PFL-in rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Zaur Hacı-Məhərrəmov UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün Liqa mərhələsi çərçivəsində keçiriləcək “Ayntraxt” (Frankfurt, Almaniya) – “Atalanta” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 26-da Frankfurt şəhərində baş tutacaq. Qarşılaşmaya noyabrın 27-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Xatırladaq ki, “Ayntraxt” UEFA Çempionlar Liqa mərhələsinin cari mövsümündə keçirdiyi 4 oyuna 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət görüb. Komanda 4 xalla 23-cü sırada qərarlaşıb. “Atalana” isə 4 oyuna 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətin ardından 7 xalla 16-cıdır.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
46
50
arena.az

10Sources