EN

Rüfət Abbasov əsas millidən U-21-ə yollandı - ARENA.AZ

“Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının (U-21) heyətinə cəlb edilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Fransa ilə keçirilmiş oyunlar zamanı Azərbaycanın əsas millisinin düşərgəsində olmuş Rüfət U-21-in heyətinə cəlb edilib. “Şamaxı”nın futbolçusu qarşıdakı oyunda gənclərdən ibarət yığmaya da kömək etməyə çalışacaq.

Qeyd edək ki, U-21 millimiz noyabrın 18-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə səfərdə qarşılaşacaq.

Xatırladaq ki, Rüfət Abbasov DÇ-2026-nın seçmə mərhələsinin İslandiya ilə ev oyununda (0:2) 90 dəqiqə meydanda olmuşdu. Lakin baş məşqçi Ayxan Abbasov ona Fransa ilə görüşdə (1:3) şans verməmişdi.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
36
50
arena.az

10Sources