Dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti qarşılaşmalar keçirilib.
Arena.az xəbər verir ki, A, G və L qrupları üzrə ümumilikdə 6 oyun baş tutub.
Bununla da sözügedən qruplar üzrə mübarizə tam yekunlaşıb.
A qrupunda Almaniya yığması Slovakiyanı doğma meydanda biabırçı hesabla yenməklə mundiala birbaşa vəsiqə qazanıb. Slovakiya isə pley-offda oynamaq məcburiyyətində qalıb.
G qrupunda Niderland Litvanı məğlub etməklə qrup birinciliyini və mundiala vəsiqəni rəsmiləşdirib. Səfərdə Maltaya qalib gəlmiş Polşa isə pley-offa vəsiqə qazanıb.
L qrupunda da səfərdə Monteneqroya qalib gəlmiş Xorvatiya qrup birincisi olub. Sözügedən komanda mundiala vəsiqəni hələ ötən tur təmin etmişdi. Çexiya isə Cəbəllütariqlə oyunda darmadağına imza atmaqla pley-offa vəsiqə əldə edib.
DÇ-2026-nın seçmə mərhələsi
17 noyabr
A qrupu
Şimali İrlandiya – Lüksemburq 1:0
Qol: Donli, 44-pen.
Almaniya – Slovakiya 6:0
Qollar: Voltemade, 18. Qnabri, 29. Sane, 36; 41. Baku, 67. Uedraqao, 79.
Xallar: Almaniya – 15. Slovakiya – 12. Şimali İrlandiya – 9. Lüksemburq – 0.
G qrupu
Malta – Polşa 2:3
Qollar: Kardona, 36. Teuma, 68-pen – Levandovski, 32. Vşolek, 59. Zelinski, 85.
Niderland – Litva 4:0
Qollar: Reynders, 16. Qakpo, 58-pen. X.Simons, 60. Malen, 62.
Xallar: Niderland – 20. Polşa – 17. Finlandiya – 10. Malta – 5. Litva – 3.
L qrupu
Çexiya – Cəbəllütariq 6:0
Qollar: Doudera, 5. Çori, 18. Çoufal, 32. Karabeç, 39. Souçek, 44. Hranaç, 51.
Monteneqro – Xorvatiya 2:3
Qollar: Osmayiç, 3. Krstoviç, 17 – Perişiç, 37-pen. Yakiç, 72. Vlaşiç, 87.
Xallar: Xorvatiya – 22. Çexiya – 16. Farer Adaları – 12. Monteneqro – 9. Cəbəllütariq – 0.

