Aktual.az xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 16:00-da FİFA-nın mənzil-qərargahında keçiriləcək.
Pley-off matçlarında seçmə mərhələdə qruplarında ikinci yeri tutan 12, Millətlər Liqasından isə dörd komanda (Rumıniya, İsveç, Şimali İrlandiya və Şimali Makedoniya) iştirak edəcək.
Ümumilikdə,16 komanda dörd səbətə ayrılacaq. Birinci səbətdə yer alan ölkələr dördüncü, ikinci səbətdəki yığmalar isə üçüncü qrupdakı kollektivlərlə qarşılaşacaqlar.
1-ci səbət: Türkiyə, İtaliya, Ukrayna, Danimarka;
2-ci səbət: Uels, Polşa, Çexiya, Slovakiya;
3-cü səbət: Albaniya, İrlandiya, Kosovo, Bosniya və Herseqovina;
4-cü səbət: Rumıniya, İsveç, Şimali İrlandiya, Şimali Makedoniya.
Pley-off mərhələsinin bir matçdan ibarət olacaq yarımfinal oyunları 2026-cı il martın 26-da, final görüşləri isə martın 31-də oynanılacaq. Finalı qazanan komanda dünya çempionatına vəsiqə əldə edəcək.