EN

Rutte: ABŞ-ın Ukrayna üzrə planı təkmilləşdirilməlidir

Rutte: ABŞ-ın Ukrayna üzrə planı təkmilləşdirilməlidir

Şimali Atlantika Alyansının (NATO) Baş katibi Mark Rutte hesab edir ki, ABŞ-ın Ukrayna münaqişəsinin həlli planı yenidən işlənməlidir və bu mövzuda danışıqlar davam etdiriləcək.

AFN.az xəbər verir ki, bu barədə o, "Fox News"a müsahibəsində bildirib.

Rutte qeyd edib ki, Cenevrədə keçirilən görüş çox uğurlu olub və ABŞ ilə Ukrayna əməkdaşlığı davam edəcək. “Planın bəzi elementləri təkmilləşdirilməli idi, bəzi dəyişikliklər edilib, amma yaxşı tərəfləri də var”, – deyə o vurğulayıb.

NATO baş katibi əlavə edib ki, plan Ukraynanın təhlükəsizliyini təmin etməlidir və bu istiqamətdə danışıqlar davam edəcək: “Əlbəttə, ayrıca Avropa İttifaqı və NATO ilə bağlı maddələr də müzakirə olunacaq”.

Chosen
32
37
afn.az

10Sources