NATO-nun baş katibi Mark Rutte bildirib ki, “hamı Ukraynadakı hərbi münaqişənin tezliklə bitməsi üçün dua edir”.
“El Pais” jurnalına verdiyi müsahibədə NATO-nun baş katibinə münaqişənin bu il bitib-bitməyəcəyi soruşulub. “Əlbəttə ki… Prezident Trampın vizyonunu gerçəkləşdirmək üçün əlimdən gələni etmək istəyirəm. Mən bunu tamamilə bölüşürəm: bu qırğın bitməlidir”, – Mark Rutte cavab verib.
NATO-nun baş katibi hərbi əməliyyatların bitməsinin vaxtının “proqnozlaşdırılmasının çətin olduğunu”, lakin “sülhün tezliklə bərqərar olacağına səmimi qəlbdən ümid etdiyini” deyib. Lakin Rutte Rusiyanın “uzun müddət ərzində uzunmüddətli təhlükə yaratmağa davam edəcəyinə” inanır. “Buna görə də müdafiəmizə daha çox pul xərcləməliyik. Sülh planı Rusiyanın Avropa üçün uzunmüddətli təhlükə kimi qiymətləndirilməsini dəyişdirmir”, – o əlavə edib.
Qeyd edək ki, ötən həftə media Ukraynadakı münaqişənin həlli üçün ABŞ tərəfindən hazırlanmış plan barədə məlumat yayıb. Ağ Ev onun məzmununu rəsmi olaraq açıqlamayıb, lakin ABŞ prezidenti Donald Tramp planın 22 bənddən ibarət olduğunu qeyd edib. O, münaqişənin sona çatması üçün son tarix olmadığını qeyd edib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov planın hələ Rusiya tərəfi ilə müzakirə olunmadığını bildirib.
//Samir Qurbanov, Editor.az