AZ

Rutte NATO-nun tarixindən danışarkən səhvə yol verdi

NATO-nun baş katibi Mark Rutte Reykyavikə rəsmi səfəri zamanı alyansın mətbuat xidməti tərəfindən yayımlanan mətbuat konfransında faktiki səhvə yol verib.

Publika.az xəbər verir ki, suala cavab verərkən o, Şimali Atlantika Alyansının 1949-cu ildə on ölkə tərəfindən qurulduğunu bildirib. Lakin jurnalistlər dərhal onun səhvini düzəldərək düzgün rəqəmi - on iki təsisçi dövlət olduğunu qeyd ediblər.

Səhvi dərk edən Rutte düzəlişi dərhal qəbul edib və İslandiyanın on iki təsisçi ölkədən biri olduğunu və alyansda, xüsusən də Yüksək Şimalla bağlı məsələlərdə əsas rol oynamağa davam etdiyini təsdiqləyibi. O, öz çıxışında İslandiyanı hərbi xərcləri artırmağa və regionda Rusiya və Çinlə potensial qarşıdurmaya hazırlığını gücləndirməyə çağırıb. Qeyd edib ki, Çin Arktika gücü olmasa da, Yüksək Şimalda əhəmiyyətli dərəcədə fəaldır.

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) 4 aprel 1949-cu ildə Vaşinqton Müqaviləsi on iki ölkənin: ABŞ, Kanada, Böyük Britaniya, Fransa, İtaliya, Portuqaliya, Belçika, Hollandiya, Lüksemburq, Norveç, Danimarka və İslandiyanın xarici işlər nazirləri tərəfindən imzalandıqdan sonra yaradılıb.

Seçilən
9
1
publika.az

10Mənbələr