Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Ukrayna hər ay təxminən bir milyard dollarlıq silah alır”
Ukrayna Silahlı Qüvvələri NATO və ABŞ-ın “Prioritet Ukrayna Tələbləri Siyahısı” (PURL) təşəbbüsü çərçivəsində 2025-ci ilin sonunadək 5 milyard dollaradək silah alacaq.
AYNA.AZ xəbər verir ki, “El Pais” nəşrinin məlumatına görə, bu barədə NATO-nun Baş katibi Mark Rutte deyib.
“Ukrayna hər ay təxminən bir milyard dollarlıq silah alır. Cari ilin sonunadək bu göstərici təxminən beş milyard dollara çatacaq”, - deyə Rutte bildirib.
Qeyd edək ki, bir müddət öncə NATO-nun Baş katibi Şimali Atlantika Alyansını Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çağırıb. Onun sözlərinə görə, Rusiya Çin, Şimali Koreya, İran və digər ölkələrlə əməkdaşlıq edir və onlarla müdafiə sahəsində əməkdaşlığı görünməmiş səviyyəyə yüksəldir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.