"Ukraynada sülh müqaviləsi əldə olunsa belə, Rusiya Avropa üçün təhdid olaraq qalacaq".
Publika.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte İspaniya mətbuatına açıqlamasında bildirib.
O, Rusiyanın tarixi yenidən yazmaq naminə insanları qurban verməyə hazır olduğunu iddia edərək, Avropa ölkələrini müdafiə xərclərini artırmağa çağırıb.
"Biz müdafiəmizə xeyli pul xərcləməliyik. Sülh planı Rusiyanın Avropa üçün uzunmüddətli təhdid olduğuna dair qiymətləndirməni dəyişdirmir", - Baş katib qeyd edib.