Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 11-ci turun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.
“Neftçi”nin ikinci komandası doğma meydanda “Sumqayıt”ın gənclərinə inamlı hesabla qalib gəlib.
Turun qalan görüşləri noyabrın 24-də keçiriləcək.
Əvəzedicilər Liqası
11-ci tur
21 noyabr
“Kəpəz-2” – “Zirə-2” 0:2
Qollar: Əhliman Süleymanzadə, 55. Rauf Qafarov, 78.
Hakimlər: Ruslan Quliyev, Sənan Atayev, Səbuhi Əmrahov, Sənan Bayramzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu (ehtiyat meydança). Saat 14:00.
“Qarabağ-2” – “Sabah-2” 1:2
Qollar: Nicat Xasıyev, 42 – Ramil Nuraxmedov, 29. Əli Əlizadə, 90+3.
Hakimlər: Əkbər Əhmədov, Teymur Teymurov, Nurlan Əhmədzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu. Saat 14:00.
22 noyabr
“Neftçi-2” – “Sumqayıt-2” 4:2
Qollar: Mirşahbaz Şahbazov, 45+3. Nurlan Musayev, 70-pen. Həsən Mahmudov, 77. Aslan Hətəmov, 86 – Murad Rüstəmov, 28. Nihad Orucəli, 90+2.
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança). Saat 14:00.
24 noyabr
“Qəbələ-2” – “Şamaxı-2”
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Rəşad Quliyev, Ruslan Quliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança). Saat 14:00.
“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2”
Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Rəhman Aslanov, Ləman Əmirli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
“Rekord Arena”. Saat 14:00.
