Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 8-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
“Zaqatala” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar”da 5 nəfər sarı vərəqə aldığı üçün Qusar komandası 210 manat cərimə edilib.
“Baku Sportinq” – “Səbail” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komandası 210 manat cərimə edilib. Oyunun 90+4-cü dəqiqəsində “Səbail”in futbolçusu Sadiq Quliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Səbail” buna görə 150 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Baku Sportinq” komandası 750 manat cərimə edilib.
