EN

Hakan Fidan: Trampın planları ilə Türkiyənin maraqları üst-üstə düşür

“Dolald Trampın həyata keçirmək istədiyi siyasət Türkiyənin maraqları ilə üst-üstə düşür”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada keçirilən 23-cü "Doha Forumu"nda çıxış edərkən deyib.

 

Nazir, Türkiyənin ilk növbətə Ukraynada atəşkəs tələb etdiyini bildirib: “Avrasiya bölgəsində bir çox çətinliklərlə üz-üzəyik. Ukraynada, eləcə də Qəzzada vəziyyət gərgin olaraq qalır. Suriyada isə proseslər müəyyən qədər yoluna düşməyə başlayıb.

 

Trampın həyata keçirmək istədiyi siyasət Türkiyənin maraqları ilə üst-üstə düşür. Biz birinci növbədə Ukraynada atəşkəs istədik. Yaşananlardan çox ağır dərslər çıxardıq. Regionumuzda baş verən hadisələrdə vasitəçilik etməklə insanların üzləşdiyi çətinlikləri yüngülləşdirmiş oluruq”.

Chosen
63
50
senzor.az

10Sources