EN

ABŞ Poroşenkonu Ukraynada hakimiyyətə gətirir?

Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun Avropa Həmrəyliyi partiyasının üzvü İrina Geraşenko ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla Ukraynada seçkilərin keçirilməsi məsələsini müzakirə edib.Newscenter.az TASS-a istinadən bildirir ki, görüş Vaşinqtondakı Ukrayna səfirliyində keçirilən qəbul zamanı baş tutub. Kelloqdan başqa ABŞ-ın Avropadakı keçmiş komandanı Ben Hodces də müzakirədə iştirak edib. "Ukraynada seçkilərin keçirilməsinin mümkünlüyü və korrupsiya ilə bağlı çoxlu suallar var. Zelenski parlamentlə görüşməli, seçkiləri və sülh planını müzakirə etməlidir", - deyə Geraşenko bildirib.Qeyd edək ki, Zelenskinin prezidentlik müddəti rəsmən 2024-cü il mayın 20-də başa çatıb. Dekabrın 9-da Tramp Ukraynada seçkilərin keçirilməsinin vaxtının çatdığını bəyan edib. O qeyd edib ki, Kiyev seçki keçirməkdən yayınmaq üçün münaqişədən istifadə edir. Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
32
newscenter.az

10Sources