EN

Ruben Amorim Mateus Kunyadan daha artığını gözləyir – ARENA.AZ

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın braziliyalı hücumçusu Mateus Kunya haqda söhbət açıb.

Arena.az portuqal mütəxəssisin müvafiq fikrini təqdim edir:

“Hesab edirəm ki, Kunya daha da artıra bilər. Fikrimcə, o, daha da çoxuna qadirdir. Kunya həm hücumda və həm də müdafiədə daha effektli ola bilər”, deyə Amorim vurğulayıb.

Xatırladaq ki, “Mançester Yunayted” Kunyanı bu ilin yayında heyətinə qatıb. Tərəflər müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıblar. Kunyanın tamhüquqlu keçidi “qırmızı şeytanlar”a 74,2 milyon avro məbləğ müqabilində başa gəlib. Braziliyalı hücumçu Mançester təmsilçisinin heyətində indiyə qədər 15 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Mateus Kunya “Koritiba”nın məzunudur. Avropada debütünə “Syon”da başlamış Kunya sonralar “Leypsiq”, “Herta”, Madrid “Atletiko”su və “Vulverhempton”da çıxış edib.

Mateus Kunya 2021-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 19 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Kunya Braziliya millisi ilə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında Olimpiya futbol yarışının qalibi olub.

“Tansfermarkt” internet-portalı 26 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Chosen
51
35
arena.az

10Sources