EN

“Real Sosyedad” Fransiskonu Matarasso ilə əvəzlədi – ARENA.AZ

İspaniya La Liqasında mübarizə aparan “Real Sosyedad” baş məşqçisi Serxio Fransisko ilə yollarını ayırıb, yeni baş məçqçisini açıqlayıb.

Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Pelleqrino Matarasso rəhbərlik edəcək.

Amerika Birləşmiş Ştatlarından olan 48 yaşlı mütəxəssislə müddəti 2027-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Xatırladaq ki, Pelleqrino Matarasso daha öncə “Nürnberq” (2-ci komanda), “Ştutqart” və “Hoffenhaym”da da baş məşqçi kimi çalışıb. O, 2024-cü ilin noyabrından bəri işsiz idi.

Serxio Fransisko isə 2025-ci ilin iyul ayından La Liqa təmsilçisinə rəhbərlik edirdi. O, bu komandanı cəmi 18 oyuna çıxarıb, 6 qələbə, 4 heç-heçə, 8 məğlubiyyət görüb. Daha öncə Madrid “Real”ının gənclərdən ibarət komandasını çalışdırmış Fransisko “Real Sosyedad”ın C və B komandalarının da baş məşqçisi olub.

Sosyedad təmsilçisi İspaniya La Liqasının cari mövsümündə 17 oyuna topladığı 17 xalla 16-cı pillədə qərarlaşıb. Komanda 17 oyunda 4 qələbə qazanıb, 5 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
8
2
arena.az

10Sources