Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Bolonya” – “Sassuolo” matçında tərəflər hərəyə 1 xalla kifayətləniblər. “Milan” doğma meydanda “Verona”nı 3 cavabsız qolla üstələyib. “Kremoneze”nin qonağı olan “Napoli” inamlı qələbəyə sevinibsə, “İnter” səfərdə “Atalanta”nı tək qolla yenib.
Tura sabah keçiriləcək “Roma” – “Cenoa” oyunu ilə yekun vurulacaq.
İtaliya, A Seriyası
17-ci tur
27 dekabr
Parma – Fiorentina 1:0
Qol: Sorensen, 48.
Torino – Kalyari 1:2
Qollar: Vlaşiç, 28 – Prati, 45. S.Kılıçsoy, 66.
Leççe – Komo 0:3
Qollar: N.Pas, 20. Ramon, 66. Duvikas, 75.
Udineze – Latsio 1:1
Qollar: K.Deyvis, 90+5 – Solet, 80-öz qapısına.
Piza – Yuventus 0:2
Qollar: Kalabrezi, 73-öz qapısına. K.Yıldız, 90+2.
28 dekabr
Milan – Verona 3:0
Qollar: Pulişiç, 45+1. Nkunku, 48-pen; 53.
Kremoneze – Napoli 0:2
Qollar: Höylund, 13; 45.
Bolonya – Sassuolo 1:1
Qollar: Fabbian, 47 – Muharemoviç, 63.
Atalanta – İnter 0:1
Qol: L.Martines, 65.
29 dekabr
23:45. Roma – Cenoa
