Ənənəvi “Globe Soccer Awards” müxtəlif təqdimatlar üzrə 2025-ci ilin ən yaxşıları adına namizədlər arasında qalibləri açıqlayıb.
Arena.az xatırladır ki, nüfuzlu futbol mükafatının müvafiq təqdimatlarına ən yaxşı kişi oyunçu, ən yaxşı qadın oyunçu, ən yaxşı kişi klubu, ən yaxşı qadın klubu, ən yaxşı məşqçi, ən yaxşı gənc oyunçu, ən yaxşı yarımmüdafiəçi, ən yaxşı hücumçu seçimləri daxildir.
Eləcə də bir neçə xüsusi mükafat nəzərdə tutulub. Qaliblər Dubayda keçirilmiş tədbirdə öz mükafatlarına qovuşublar.
“Globe Soccer Awards 2025” üzrə qaliblərin siyahısını təqdim edirik:
2025-ci ilin ən yaxşı futbolçusu – Usman Dembele (PSJ, Fransa)
2025-ci ilin ən yaxşı gənc futbolçusu – Dezire Due (PSJ, Fransa)
2025-ci ilin ən yaxşı yarımmüdafiəçisi – Vitinya (PSJ, Fransa)
2025-ci ilin ən yaxşı baş məşqçisi – Luis Enrike (PSJ, Fransa)
2025-ci ilin ən yaxşı futbol klubu – PSJ (Fransa)
2025-ci ilin ən yaxşı hücumçusu – Lamin Yamal (“Barselona”, İspaniya)
2025-ci ilin ən yaxşı milli komandası – Portuqaliya millisi
2025-ci ilin ən yaxşı futbol agenti – Jorje Mendes (Portuqaliya)
2025-ci ilin Yaxın Şərq üzrə ən yaxşı futbolçusu – Kristiano Ronaldo (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı)
2025-ci ilin ən yaxşı qadın futbolçusu – Aytana Bonmati (“Barselona”, İspaniya)
2025-ci ilin ən yaxşı qadın futbol klubu – “Barselona” (İspaniya)
