EN

Liqa 1: “Renn” “Havr”la ev oyununda xal itirdi – ARENA.AZ

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 4 qarşılaşma baş tutub.

İki qolun qeydə aındığı “Renn” – “Havr” matçında qalib müəyyənləşməyib. “Nant” isə evdə “Paris”ə uduzub. “Strasburq” doğma meydanda “Mets”i, Lion “Olimpik”i də “Brest”i məğlub edib.

Beləliklə, geridə qalmış 18 turdan sonra 43 xala malik “Lans” zirvədə qərarlaşıb. PSJ 42 xalla ikinci, Marsel “Olimpik”i 35 xalla üçüncüdür. Lion “Olimpik”i 33, “Lill” 32, “Renn” 31 xal toplayıb.

Fransa, Liqa 1
18-ci tur
16 yanvar

Monako – Loryan 1:3
Qollar: Fati, 76 – Dienq, 68. Makenqro, 85. Karim, 87.

PSJ – Lill 3:0
Qollar: Dembele, 13; 64. Barkola, 90+3.

17 yanvar

Lans – Oser 1:0
Qol: Said, 65.

Tuluza – Nitsa 5:1
Qollar: Hidalqo, 7; 55. Maqri, 45. Kasseres, 74. Viqnolo, 80 – Vahi, 49.

Anje – Olimpik (Marsel) 2:5
Qollar: Sbai, 45+2. Allevina, 90+2 – Quiri, 19. Qrinvud, 24. Traore, 34. Vea, 40. Payşao, 88.

18 yanvar

Strasburq- Mets 2:1
Qollar: Moreyra, 12. Qodo, 43 – Heyn, 24-pen.

Nant – Paris 1:2
Qollar: Ablin, 50 – Kebbal, 6. Koleoşo, 78.

Renn – Havr 1:1
Qollar: Embolo, 86 – Mambimbi, 69.

Olimpik (Lion) – Brest 2:1
Qollar: Şults, 41. A.Vinisius, 45+1 – Ebimbe, 87.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
48
6
arena.az

10Sources