İranın Semnan vilayətində polis 53 etiraz iştirakçısını saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi xəbər yayıb.
Ətraflı məlumatı bölgənin hüquq-mühafizə orqanlarının icraçı komandiri Əli Mirahmadi verib.
“Polisin həyata keçirdiyi kəşfiyyat-əməliyyat nəticəsində Damqan rayonunda 53 etirazçı və qiyamın əsas liderləri aşkar edilərək həbs edilib”, - o bildirib.
Xatırladaq ki, 2025-ci ilin dekabrında İranda milli valyuta - iran rialının dəyər itirməsi fonunda genişmiqyaslı kütləvi etirazlar baş qaldırıb. Hökumət buna cavab olaraq təhlükəsizlik tədbirlərini gücləndirib, polis isə etirazçıları qarşısını almaq üçün gözyaşardıcı qaz və ölümcül silahlardan istifadə edib.