EN

Dubay beynəlxalq hava limanları fəaliyyətlərini qismən bərpa edir YENİLƏNİB VİDEO

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Dubayın iki beynəlxalq hava limanının dövlət operatoru olan "Dubai Airports" şirkəti onların fəaliyyətinin qismən bərpa olunduğunu təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilib.

Məlumata görə, bir sıra reyslər Dubay Beynəlxalq Hava Limanından (DXB) və Əl-Maktum - "Dubai World Central" (DWC) hava limanından həyata keçiriləcək.

Bəyanatda bildirilib: "Səyahət edənlərə aviaşirkətləri tərəfindən uçuşun bron edilməsi təsdiqlənmədiyi təqdirdə DXB və ya DWC hava limanlarına getməkdən çəkinmələri şiddətlə tövsiyə olunur, çünki cədvəl daim dəyişir".

Həmçinin, vurğulanıb ki, "Dubai Airports" müvafiq qurumlarla koordinasiyalı şəkildə vəziyyəti diqqətlə izləməyə davam edir.

Qeyd edək ki, Dubayda iki beynəlxalq hava limanı - DXB və DWC fəaliyyət göstərir.

**** 

Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.

Buna səbəb hava limanının ətrafında hava hücumundan müdafiə sistemlərinin işləməsidir.

Sosial şəbəkələrdə hava limanına səhərki hücumun əks olunduğu iddia edilən videogörüntülər yayılmaqdadır.

Qeyd edək ki, səhər saatlarında Dubay hava limanına dron hücumu olması ilə bağlı xəbərlər yayılmışdı. (“Qafqazinfo”)

Həmin görüntüləri təqdim edirik: 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
135
50
azpolitika.info

10Sources