EN

Bundesliqa matçında iştirak etməyəcək

Harri Keynin İngiltərə yığmasının düşərgəsində zədələndiyi məlum idi.

"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın baş məşqçisi Vensan Kompani onunla bağlı danışıb. O, mətbuat konfransında Keynin milli komandanın düşərgəsində olarkən topuğunda zədələndiyini bildirib. Kompani komandanın bombardirinin bundesliqanın 26-cı turunun “Frayburq”la keçiriləcək səfər oyununda iştirak etməyəcəyini bildirib.

Təcrübəli forvard növbəti oyunda komandasına kömək edəcək.

Harri bu mövsüm “Bavariya”da keçirdiyi 40 matçda 48 qol vurub.

Chosen
5
5
football-plus.az

10Sources