AZ

Qadınlar arasında Çempionlar Liqası: “Bavariya” yarımfinalda

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Qadınlar arasında UEFA Çempionlar Liqasının dörddəbir finalının cavab oyunları keçirilir.

İdman.Biz bildirir ki, “Bavariya” öz meydançasında “Mançester Yunayted”i qəbul edib.

Matç 2:1 hesabı ilə Almaniya klubunun xeyrinə qurtarıb.

Hesabı 11-ci dəqiqədə qonaqlardan Melvin Malar açıb. 81-ci dəqiqədə Qloudis Perla Viqqousdottir hesabı bərabərləşdirib. Üç dəqiqə sonra isə Linda Dallmann meydan sahibi komandanın qələbə qolunu vurub.

İlk oyunda 3:2 hesabı ilə qələbə qazanan “Bavariya” adını yarımfinala yazdırıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
43
icma.az

10Mənbələr