Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.
Fransa Liqa 1 mövsümünün 28-ci turunun PSJ və “Tuluza” arasında keçirilən oyun başa çatdı.
İdman.Biz bildirir ki, matç Fransanın paytaxtı Parisdəki “Park de Prens” stadionunda baş tutub. Ev sahibi komanda 3:1 hesablı qələbəsini qeyd edib.
PSJ-nin hücumçusu Usman Dembele matçın ilk qolunu 23-cü dəqiqədə vurub. Dörd dəqiqə sonra qonaq müdafiəçi Rasmus Nikolasen hesabı bərabərləşdirib. Usman Dembele 33-cü dəqiqədə ikinci qolunu vurub. 90+2-ci dəqiqədə isə ev sahibi hücumçu Qonsalo Ramos hesabı 3:1 edib.
Fransa liqasında 27 oyundan sonra PSJ 63 xala sahibdir və turnir cədvəlinə başçılıq edir. “Tuluza” 28 oyundan sonra 37 xala sahibdir və doqquzuncu yerdədir.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.