İspaniya La Liqasında növbəti oyun baş tutub.
APA xəbər verir ki, “Malyorka” öz meydanında “Real Madrid”i 2:1 hesabı ilə məğlub edib.
Meydan sahiblərinin heyətində Manuel Morlanes 42-ci dəqiqədə, Vedat Muriqi isə əlavə olunmuş vaxtda (90+1) fərqlənib.
“Real Madrid”in yeganə qolunu isə 88-ci dəqiqədə Eder Militao vurub.