EN

Sürücü girişi qadağan edən nişanın tələbini pozub protiv getdi VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakıda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə martın 3-də paytaxtın Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, 77-KA-962 qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü Əjdərbəy məscidinin sağındakı küçədə qaydaları pozub. Küçənin girişində “Giriş qadağandır” (3.1) nişanı quraşdırılmasına baxmayaraq, sürücü həmin əraziyə daxil olaraq birtərəfli yolun əks istiqamətində hərəkət edib.

Qeyd edək ki, sürücü bu istiqamətə getmək üçün növbəti yolayrıcından sağa dönərək qaydalara uyğun şəkildə hərəkət edə bilərdi. O isə yolunu qısaltmaq üçün qaydaları pozmağa üstünlük verib.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
30
avtosfer.az

10Sources