AZ

Əks istiqamətə çıxıb yolu kəsən sürücü 150 manatlıq qayda pozdu 10 OJ 999 VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 27-də, paytaxtın Təbriz küçəsində qeydə alınıb. Belə ki, 10-OJ-999 qeydiyyat nişanlı "Suzuki" markalı avtomobilin sürücüsü sıxlıq zamanı səbirsizlik edərək qaydaları pozub. O, qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb və qarşısından gələn avtomobillərin yolunu kəsərək hərəkətə mane olub.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə nəzərdə tutulub.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
30
avtosfer.az

10Mənbələr