Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib. Metbuat.az xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Kəpəz"i qəbul edib.Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0.68-ci dəqiqədə Rikardo Apolinario, 75-ci dəqiqədə Andrey Tirkoveanu fərqlənib.Qələbə sayəsində xallarının sayını 35-ə çatdıran "Şamaxı" 8-ci pillədə qərarlaşıb. "Kəpəz" 21 xalla onuncudur.Günün ikinci matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.