EN

Millimiz AÇ-də bürünc medal qazandı

Atıcılıq millimiz Avropa çempionatında iştirak edib.

"Football-plus.az" xəbər verir ki, Xorvatiyanın Osijek şəhərində keçirilən qitə yarışında qadınlardan ibarət komanda 25 metr standart tapança yarışında bürünc medal qazanıb.

Yığmamızın heyətində yer alan Nigar Nəsirova, Zeynəb Sultanova və Xana Əliyeva yarış ərzində yüksək dəqiqlik və əzmkarlıq nümayiş etdirərək fəxri kürsüyə yüksəliblər.

Chosen
3
2
football-plus.az

7Sources