EN

Dünyanın ən fəal terrorçusu məhv edildi

ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının Afrika qitəsindəki liderlərindən birinin məhv edildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social"da məlumat yayıb.

"Mənim göstərişimlə rəşadətli Amerika hərbçiləri və Nigeriya Silahlı Qüvvələri dünyanın ən fəal terrorçusu - Əbu Bilal əl-Minukinin döyüş meydanından kənarlaşdırılması üzrə diqqətlə hazırlanmış və son dərəcə mürəkkəb əməliyyatı qüsursuz şəkildə həyata keçirdilər", - ABŞ lideri bildirib.

Trampın sözlərinə görə, onun məhv edilməsi İŞİD-in fəaliyyətini əhəmiyyətli dərəcədə sarsıdıb.

"O, artıq Afrika xalqları arasında dəhşət saçmayacaq və Amerika vətəndaşlarına qarşı yönəlmiş əməliyyatların hazırlanmasında iştirak edə bilməyəcək", - Ağ Ev rəhbəri qeyd edib.

Chosen
53
3
publika.az

10Sources