AZ

Tramp məhv edildiyini açıqlamışdı: 2 il əvvəl ölübmüş?

İŞİD terror təşkilatının ən yüksək rütbəli liderlərindən biri sayılan Əbu Bilal əl-Maynukinin 2024-cü ilin əvvəlində öldürüldüyü məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Trust” məlumat yayıb.

Məlumata görə, Al-Maynuki ABŞ qüvvələri və Nigeriya hərbçilərinin birgə keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib.

Bildirilib ki, o, 2024-cü ilin yanvar-mart aylarında Şimali Nigeriyada həyata keçirilən əməliyyatlar zamanı məhv edilən terrorçular arasında olub.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp onun ölümü ilə bağlı “Truth Social” hesabında bu gün paylaşım edib:

“Bu gecə mənim göstərişimlə cəsur Amerika qüvvələri və Nigeriya Silahlı Qüvvələri dünyanın ən aktiv terrorçularından birini döyüş meydanında aradan qaldırmaq üçün dəqiqliklə planlaşdırılmış mürəkkəb əməliyyatı uğurla həyata keçirdi”.

"Cebheinfo.az"

Seçilən
22
3
cebheinfo.az

10Mənbələr