İŞİD liderlərindən biri - Əbu Bilal əl-Maynuki ABŞ Silahlı Qüvvələri və Nigeriya hərbçilərinin birgə əməliyyatı nəticəsində öldürülüb. Bu barədə Birləşmiş Ştatların prezidenti məlumat verib.
Onun sözlərinə görə, Əbu Bilal əl-Maynuki "dünyanın ən fəal terrorçusu", həmçinin İŞİD-in dünyada əhəmiyyətinə görə ikinci komandiri olub.
Donald Trampın bəyanatında İŞİD liderlərindən birinin məhz harada və nə vaxt öldürüldüyü dəqiqləşdirilmir. ABŞ prezidentinin bildirdiyinə görə, Əbu Bilal əl-Maynukinin məhvindən sonra İŞİD əhəmiyyətli dərəcədə zəifləyib.
S.ELAY
XQ