Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Donald Tramp ABŞ və Nigeriya Silahlı Qüvvələrinin birgə əməliyyatı zamanı İŞİD-in ikinci komandiri kimi tanınan Əbu Bilal əl-Minukinin öldürüldüyünü açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp bildirib: “Bu gecə administrasiyam dövründə cəsur Amerika qüvvələri və Nigeriya ordusu dünyanın ən təhlükəli terrorçularından birini zərərsizləşdirmək üçün diqqətlə planlaşdırılmış və olduqca mürəkkəb əməliyyatı uğurla həyata keçirdi.”
O qeyd edib ki, Əbu Bilal əl-Minuki Afrikada gizlənərək təhlükəsiz olduğunu düşünürdü, lakin ABŞ kəşfiyyatının onun fəaliyyəti barədə məlumatlı olduğunu bilmirdi.
Tramp əlavə edib: “Artıq onlar Afrika xa lqını terror və qorxu altında saxlaya bilməyəcəklər.”
Aytən Yaşar/ Turkustan.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.