AZ

Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?

İŞİD terror təşkilatının ən yüksək rütbəli liderlərindən biri sayılan Əbu Bilal əl-Maynukinin 2024-cü ilin əvvəlində öldürüldüyü məlum olub.
BUTA.TV” xəbər verir ki, bu barədə “Daily Trust” məlumat yayıb. Məlumata görə, Al-Maynuki ABŞ qüvvələri və Nigeriya hərbçilərinin birgə keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib. Bildirilib ki, o, 2024-cü ilin yanvar-mart aylarında Şimali Nigeriyada həyata keçirilən əməliyyatlar zamanı məhv edilən terrorçular arasında olub. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp onun ölümü ilə bağlı “Truth Social” hesabında bu gün paylaşım edib: “Bu gecə mənim göstərişimlə cəsur Amerika qüvvələri və Nigeriya Silahlı Qüvvələri dünyanın ən aktiv terrorçularından birini döyüş meydanında aradan qaldırmaq üçün dəqiqliklə planlaşdırılmış mürəkkəb əməliyyatı uğurla həyata keçirdi”.
Seçilən
21
3
buta.tv

10Mənbələr