Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma keçiriləcək.
"Zirə" Zirə İdman Kompleksinin stadionunda "Sumqayıt"ı, "Sabah" isə "Bank Respublika Arena"da "Neftçi"ni qəbul edəcək.
Hər iki matç saat 18:00-da başlayacaq. "Sabah" - "Neftçi" görüşü başa çatdıqdan sonra son ölkə çempionu olan Masazır kollektivinin futbolçuları mükafatlandırılacaq, komandaya kubok təqdim olunacaq.