Bakı. Trend:
Həndbol üzrə avrokuboklar üçün klub bölgüsü bəlli olub.
Trend İdman.biz-əistinadən xəbər verir ki, Avropa Həndbol Federasiyası ölkələrin2025/26 mövsümündəki təmsilçi sayını açıqlayıb.
Kişilərdən ibarət komandalarımıza Çempionlar Liqası və AvropaLiqasında yer verilməyib. Avropa kubokunda isə Azərbaycan 4 klubsifariş edə bilər.
Qadın həndbolunda da ölkəmizə ümumilikdə 4 yer verilib. Onlardanbiri Avropa Liqası, digərləri Avropa kubokunda oynamaq imkanınamalikdir. Çempionlar Liqasında isə təmsilçimiz olmayacaq.
Qeyd edək ki, 2024/25 mövsümündə 2 kişi və 3 qadın komandamızAvropa kubokunda mübarizə aparacaq.