RU

"Komandada elə böyük problem görmədim" - Xaliq Mərdanov

"Kəpəz" Misli premyer-liqasının 5-ci turunda öz meydanında "Sabah"a məğıub olub - 2:3.

"Football-plus.az" xəbər verir ki, gəncəlilərin məşqçisi Xaliq Mərdanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

- Rəqibi qələbə münasibətilə təbrik edirəm. Komandanı 3 günə hazırlamışam. Bu müddət ərzində çox böyük iş görməmişik. Sadəcə motivasiyanı qaldırmışıq. Çalışırdıq ki, əks-hücumda oynayaq. İstəyimizə nail olmuşduq. Sadəcə təcrübə çatmadı ki, üstünlüyümüzü qoruyaq.

- Komadanın əsas problemi nədi?
- Elə böyük problem görmədim. Futbolçularda bir az ruh düşkünlüyü var. Onlara bildirdim ki, özlərinə inanmalıdılar.

- Qələbə hesabını qoruya bilməməyinizin əsas səbəbi nədi?
- Bütün fubolçulardan razıyam. Hamı əlindən gələni etdi. Bayaq da dediyim kimi, rəqib daha tücrübəli olduğu üçün bizi cəzalandırdı. Onların ustalıq səviyyəsi də bizdən üstün idi.

Избранный
153
6
football-plus.az

10Источники