RU

"Komandada elə böyük problem görmürəm" - "Kəpəz"in məşqçisi

"Kəpəz" Azərbaycan Premyer Liqasının V turunda Tovuzda "Sabah"a 2:3 hesabı ilə məğıub olub.

Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisinin məşqçisi Xaliq Mərdanov oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi qələbə münasibətilə təbrik edirəm. Komandanı 3 günə hazırlamışam. Bu müddət ərzində çox böyük iş görməmişik. Sadəcə, motivasiyanı qaldırmışıq. Çalışırdıq ki, əks-hücumda oynayaq. İstəyimizə nail olmuşduq. Sadəcə təcrübə çatmadı ki, üstünlüyümüzü qoruyaq.

- Komadanın əsas problemi nədir?

- Elə böyük problem görmürəm. Futbolçularda bir az ruh düşkünlüyü var. Onlara bildirdim ki, özlərinə inanmalıdırlar.

- Qələbə hesabını qoruya bilməməyinizin əsas səbəbi nə oldu?

- Bütün fubolçulardan razıyam. Hamı əlindən gələni etdi. Bayaq da dediyim kimi, təcrübə çatmadı. Rəqib daha tücrübəli olduğu üçün bizi cəzalandırdı. Onların ustalıq səviyyəsi də bizdən üstün idi.

Избранный
83
6
prosport.az

10Источники