RU

Kurban Berdiyev: "Rəqib qələbəyə layiq idi"

"Turan Tovuz" Misli Premyer Liqasının VII turunda doğma meydanda "Araz-Naxçıvan"a 1:2 hesabı ilə məğlub olub.

Sportnet.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün rəqibimiz qələbəyə daha çox layiq idi. Onlarda hamı bir nəfər kimi mübarizə aparırdı. Biz bundan nəticə çıxarmalıyıq. Paltardəyişmə otağında bu barədə futbolçularıma da bildirdim.

- Komanda bu məğlubiyyətdən hansı nəticələri çıxarmalıdır?

- Komanda 6 turdur lider idi. Bu da uşaqlara psixoloji yük verə bilərdi. Ona görə də futbolçularım oyunlara daha çox fokuslanmalıdır.

- Millerə qarşı qayda pozuntusu olan epizodu necə şərh edərdiniz? Sizcə, orada qırmızı vərəqə vermək olardı?

- Mənim üçün nəsə demək çətindir. Hakim belə qərar verdi.

- Aleks Souza zədələnib. Hücumda sıxıntı hiss edirsiniz?

- Sözsüz ki, Aleksin yoxluğu hiss olunurdu. O, yaradıcı hücumçudur. Amma futbolda zədə qaçılmazdır. Bu oyun ən çox narazı qaldığmız matç oldu. Planlaşdırdığmız çox şeyi edə bilmədik. "Araz-Naxçıvan" bir çox komponentdə bizi üstələdi.


Избранный
49
8
sportnet.az

10Источники