Növbəti ilin fevral ayında Britaniya Səfirliyi tərəfindən Azərbaycanda birinci kibertəhlükəsizlik tədbiri keçiriləcək.
“APA-Economics”un xəbərinə görə, bunu Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offord deyib.
O bildirib ki, Britaniya texnilogiya sahəsində formalaşan supergüc kimi tədqiqat sahəsində də böyük nailiyyətlər əldə edib: “Bizim böyük innovasiya ekosistemimiz var”.
“Hazırda infrastruktur sahəsində ixtisaslaşan 9 Böyük Britaniya şirkəti Azərbaycanda fəaliyyət göstərir”, - deyə o əlavə edib.