RU

Əlilliyi olan şəxslərə verilən sosial müavinətlər ARTIRILDI – YENİ MƏBLƏĞLƏR

Azərbaycanda əlilliyə görə verilən sosial müavinətlər artırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən: 

1. Orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat (hazırda 270 manat), 

2. Orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat (hazırda 220 manat), 

3. Orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat (hazırda 150 manat) aylıq sosial müavinət veriləcək.

Dəyişiklik iyulun 1-dən etibarən qüvvəyə minəcək.

Bizim.Media

Избранный
78
3
bizim.media

4Источники