RU

“Şamaxı” “Səbail”in futbolçusuna təklif GÖNDƏRDİ

“Şamaxı” U-21 millimizin futbolçularını heyətində qatmaqda davam edir.

Bizim.Media xəbər verir ki, baş məşqçi Ayxan Abbasov daha bir oyunçuya göz dikib.

Yay fasiləsində “Qəbələ”dən Emil Süleymanovu icarəyə götürən və “Səbail”dən Oruc Məmmədovu alan “Şamaxı” indi də “Səbail”in digər üzvü Emin Rüstəmovla maraqlanır. Eyni zamanda U-21 millimizi də çalışdıran Ayxan Abbasov yığmadakı yetirməsini klubda da rəhbərliyi altında görmək niyyətindədir.

Qəsəbə təmsilçisi müdafiəçisinin gedişinə müsbət yanaşmasa da, komandanın I Liqaya yuvarlanması 21 yaşlı oyunçunun “Şamaxı”ya keçidini asanlaşdıra bilər.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
71
bizim.media

1Источники