RU

“Son Zəng”də müharibədə itirdiyi atasının hərbi geyimi ilə rəqs etdi – VİDEO

Ukraynanın İvano-Frankovsk vilayətindəki liseyin məzunu Kristina Marçukun “Son Zəng” tədbirindəki rəqsi izləyənləri duyğulandırıb.

Bizim.Media Ukrayna KİV-ə istinadən xəbər verir ki, Kristina buraxılış mərasimində atasının hərbi geyimi – kiteli ilə rəqs edib.

“Sənin kükrəyən gücün, inanılmaz qürurun var, mənim Kristinam. Atanın kiteli ilə etdiyin rəqs sadəcə rəqs deyil. Bu, sevgi, yaddaş və sənin tükənməz gücündür”, — deyə Kristinanın qohumu sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Kristina Marçukun atası 2022-ci ilin martında Rusiya ilə müharibədə həlak olub.


Bizim.Media

Избранный
7
4
bizim.media

5Источники