RU

Dəstək 100 minə qaldırılsa, bu məbləğdən də narazı olacaqlar” – FİF-dən reaksiya

Ötən gün 2-ci liqa təmsilçisi “Dinamo”nun prezidenti Yaşar Seyidov “Football-plus.az”a açıqlamasında klubun maliyyə vəziyyətinin yaxşı olmamasından danışmışdı.

Əslində 2-ci liqada maliyyə problemi ilə üzləşən klubların sayı çoxdu. Xatırladaq ki, bu liqada mübarizə aparan komandalara dövlət dəstəyi kimi ildə 50 min manat ayrılır. Onlar isə məbləğin azlığından narazıdı.

Bununla bağlı Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyevlə əlaqə saxladıq:
“Hər üç liqada klublara ayrılan qrantlar onların yaşaya bilməsi üçün dəstəkdi. Klubların özlərinin gəliri, əlavə maliyyə mənbəyi olmalıdı. Əminəm ki, dəstək 100 minə də qaldırılsa, maliyyəyə əsasən əmək haqqı ödəniləcək, inflyasiya yaranacaq və növəti mövsüm bu məbləğdən də narazı olacaqlar”.
MÜZƏFFƏR QULUZADƏ
Избранный
17
1
football-plus.az

2Источники