Bildirilib ki, Ermənistan uzun illər işğalda saxladığı Azərbaycan ərazilərini kütləvi şəkildə mina ilə çirkləndirib və bu da Böyük Qayıdış prosesinə ciddi maneələr yaradır. Azərbaycan bu məsələnin beynəlxalq müstəvidə həllinə çalışır və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın mina xəritələrini təqdim etməsi üçün təcili tədbirlərin görülməsini tələb edir. Bu kontekstdə beynəlxalq ictimaiyyətin Ermənistana qarşı təzyiqləri artırması zəruri hesab olunur. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Qərbi Azərbaycandan zorla çıxarılmış on minlərlə azərbaycanlı da bu gün hələ də doğma torpaqlarına qayıtmaq hüququndan məhrum vəziyyətdədir. Ermənistanda azərbaycanlılara qarşı aparılmış deportasiya, qəsdən yönləndirilmiş zorakılıq, hüquq pozuntuları və mədəni irsin məhv edilməsi aktları nəticəsində bu əhali qrupu uzun illər boyu beynəlxalq hüququn pozulması şəraitində didərgin həyat sürməyə məcbur qalıb. Təqdimatda vurğulanıb ki, Azərbaycan dövləti yalnız qaçqın və məcburi köçkünlərin problemlərinin həlli deyil, həm də postmünaqişə dövründə reabilitasiya və reinteqrasiya sahəsində dünya miqyasında nümunəvi bir model formalaşdırmaqdadır. Tədbirin sonunda sədr müavini Fuad Hüseynov iştirakçıların qayıdış prosesi və dövlət siyasətinin müxtəlif aspektləri ilə bağlı suallarını ətraflı şəkildə cavablandırıb.



10Источники
-
axar.azRusiya və Ukrayna arasında bu tarixdə danışıqlar olacaq ( 19510430)
-
demokrat.azZəngəzur dəhlizi suverenlik hüququna xələl gətirməməlidir – İran XİN ( 19503206)
-
fanat.azII Liqaya iştirak xatirinə çıxmamışıq Klub prezidenti ( 19502405)
-
demokrat.azBu, müəllim nüfuzunun yüksəlməsinə və ölkənin kadr potensialının güclənməsinə xidmət edir — Ekspert ( 19500485)
-
news24.azİran: ABŞ ilə müzakirə gündəmdə deyil ( 19486073)
-
azedu.azMüəllimlər geyim koduna etiraz edir ( 19489814)
-
aznews.azİran və üç ölkə arasında nüvə müzakirələri iyulun 25-də İstanbulda keçiriləcək ( 19487171)
-
7news.azTehranda İran, Çin və Rusiya arasında nüvə proqramı ilə bağlı üçtərəfli görüş keçiriləcək ( 19486664)
-
news24.azİran: ABŞ ilə müzakirə gündəmdə deyil ( 19485998)
-
sfera.azİran ABŞ ilə danışıqlar aparmayacaq XİN ( 19485116)